Aleksandr Lukaşenko 5-ci dəfə Belarusun prezidenti seçildi

12-10-2015, 16:24
0
Aleksandr Lukaşenko 5-ci dəfə Belarusun prezidenti seçildi
Belarusda keçirilən prezident seçkilərində yenidən Aleksandr Lukaşenko qalib gəlib. 
 
İlkin hesablamalara əsasən  o, səslərin 83,49 faizini toplayıb. Bu barədə açıqlama verən Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib ki, seçicilərin 6 faizi bütün namizədlərin əleyhinə səs verib. Digər namizədlər Tatyana Korotkeviç 4,42 faiz,  Segey Qaydukeviş 3,32 faiz və Nikolay Ulaxoviç 1,67 faiz seçici səsi qazana bilib.
 
Yekun nəticələr vilayət seçki komissiyaları və Minsk şəhərinin seçki komissiyası arasında hər bir namizəd üçün verilmiş səslər barədə yekun protokol imzalandıqdan sonra açıqlanacaq. 
скачать dle 12.1
Xəbər lenti