Yəmənin raket hücumu: 370 hərbçi, 26 qırıcı məhv edilib

17-10-2015, 13:29
0
Yəmənin raket hücumu: 370 hərbçi, 26 qırıcı məhv edilib
Səudiyyə Ərəbistanının Əsir vilayətində ordunun ən önəmli və ən böyük hərbi hava bazasına ballistik raketlə hücum edilib. Yəmən ordusunun və xalq qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində 2si yüksək çinli zabit olmaqla 70-ə yaxın zabit həlak olub, 300-ə yaxın hərbçi də yaralanıb. Həmçinin  Amerika istehsalı 26 ədəd F-16 və hərbi helikopter məhv edilib.
 
Bundan əlavə, Yəmən ordusunun cümə axşamı günü Ərəbistanın Əsir vilayətində Xəmis Məşit bazasına atdığı raket tam dəqiqliyi ilə hədəfə dəyib. Xalid Bin Əbdüləziz bazasına ciddi şəkildə zərər dəyib. Əl-İttihad Press-in məlumatına görə bundan sonra partlayışlar 8 saat müddətinə davam edib. Əməliyyatda  səudiyyəlilərin   17 ədəd F-16 qırıcı təyyarəsi, 9 ədəd hərbi helikopter, iki raketatma platforması, çoxlu silah-sursatı olan böyük bir silah anbarı məhv olub. 
скачать dle 12.1
Xəbər lenti