Türkiyənin son 4 ayının media senzurasının DƏHŞƏTLİ statistikası

28-10-2015, 23:55
0
Türkiyənin son 4 ayının media senzurasının DƏHŞƏTLİ statistikası
Türkiyədə iyul - sentyabr dövründə 101 sayt, 40 Twitter hesabı, 178 xəbər senzuraya məruz qalıb; 21 jurnalist, 3 media orqanına, 1 mətbəəyə hücum olub, nəzarətlər 6 dəfə artıb, 28 jurnalistə Türk Mədəni Qanunun (TMK), 60-ına Türk Ceza Qanununun (TCK) istintaqı başlanılıb. 24 jurnalist və 9 distribüter oktyabrı həbsxanada keçirib. Bu məlumatlar Türkiyənin Müstəqil İnformasiya Şəbəkəsinin (BİA) Media Monitorinq hesabatında dərc olunub.
 
Sənəddə bildirilir ki, AKP-nin 7 iyunda tək başına hökumət etmə hüququnu itirməsiylə qurulan Müvəqqəti Hökumət, 23 İyulda sülh prosesini də dondurduqdan sonra, bütün müxalif media dairələrini hədəf alan əməliyyatlara başlayıb: «Qəndilə hava əməliyyatlarının başlanılması Kürd Problemini gündəmə gətirən media orqanları polis əməliyyatlarına məruz qalıb, internet saytları də geniş formada senzura olunub». 
 
Hesabatda deyilir ki, prezidentlik planları Parlament Seçkisinin nəticələri ilə birlikdə suya düşən Prezident Rəcəb Tayyib Ərdoğan, qısa bir fasilədən sonra, tənqidi mediaya qarşı təcavüzkar üslubuna sürətlə geri qayıdıb: «Son üç ayda 33 media nümayəndəsinin TC. 299-ci maddəsi əsasında istintaqı keçirilir. Onlara qarşı "silahlı təşkilat üzvü olmaq", "təşkilata yardım etmək" və ya "təşkilat yaratmaq, sövq və idarə etmək" ittihamları irəli sürülüb».
 
«Cari ilin iyul-sentyabr dövründə 21 jurnalist, 3 mətbuat orqanı və 1 qəzet mətbəəsi hücuma məruz qalıb, 20 jurnalist, 7 mətbuat orqanı təhdid edilib. Bundan başqa 101 sayt, 40 Twitter hesabı, 178 URL/BAZLI xəbər, həmçinin  3 TV kanalı, 3 yumor jurnalı, 2 kitab, 1 film senzuraya məruz qalıb. 1 efir yasağı qərarı çıxıb» - deyə sənəddə qeyd olunub.
скачать dle 12.1
Xəbər lenti