"Tvitter olmasaydı, İŞİD bu qədər böyüyə bilməzdi"

15-01-2016, 17:01
0
"Tvitter olmasaydı, İŞİD bu qədər böyüyə bilməzdi"
İordaniyada İŞİD tərəfindən öldürülən amerikalı Lyold Fieldsin xanımı Tamara Field Tvitter-i məhkəməyə verib. O, sözügedən sosial şəbəkəni  «İŞİD-in öldürücü ideologiyasını yayılmasına şərait yaradan bir plaftorma» olmaqda ittiham edib. Xanım Fieldin sözlərinə görə, Tvitter  illərdir  ekstremistlərə  sosial medya hesabları məsələsində saysız şərait yaratdığını bildirib.
 
ABŞ Terrorla Mübarizə Qanununu pozduğu üçün Tvitter-dən təzminat tələb edən Fieldsin şikayət ərizəsində bu ifadələr yer alıb: «Tvitter olmasaydı, İŞİD son bir neçə ildə  bu qədər sürətlə dünyanın ən qorxulan terror təşkilatı halına gəlməzdi».
 
Qeyd edək ki, Lyold Field İordlaniyanın paytaxtı Omanda  ABŞ hökuməti üçün işləyirmiş. O, ötən ilin noyabrın 9-da işlədiyi  təhsil  mərkəzinə edilən silahlı  basqın zamanı  həlak olmuşdu. İŞİD-in məsuliyyəti öz üzərinə götürdüyü hücumda daha 5 amerikalı öldürülmüşdü.
 
Digər tərəfdən Tvitter də  Fieldsin şikayətinə cavab olaraq bir açıqlama ilə çıxış edib. Fieldsin böyük itkisi üçün başsağlığı verən sosial şəbəkənin rəhbərliyi buna qarşı  məhkəmə üçün  yetərli  hüquqi  zəmin  olmadığını bildirib: «Şiddət dolu təhdidlər və terror propaqandası dijər sosial media şəbəkələrində olduğu kimi  Tvitterdə də yeri yoxdur. Bu, qanunlarımızda açıq şəkildə yazılıb».
скачать dle 12.1
Xəbər lenti