Yəməndə prezident sarayı yaxınlığında terroru İŞİD törədib

29-01-2016, 16:42
0
Yəməndə prezident sarayı yaxınlığında terroru İŞİD törədib
 
İŞİD terror qruplaşması Ədən şəhərində  prezident  sarayı yaxınlığında partlayışda məsuliyyəti öz üzərinə götürüb.  Röyter-ə istinadən verdiyi məlumata görə, bu barədə İŞİD terror təşkilatı bəyanat yayıb.
 
Onlar iddia edirlər ki, avtomobilə quraşdırılan partlayıcı qurğu milliyyətcə holland olan terrorçu kamikadze tərəfindən  işə salınıb. İŞİD-in bəyanatında deyilir ki, terror nəticəsində azı 10 saray mühafizəçisi  həlak olub və 20-si yaralanıb.
 

 

Yerli hökumət nümayəndələrinin sözlərinə görə, əsas hədəf Ədən qubernatoru Aydarus əz-Zübeydini müşaiyyət edən  konvoy olub. Hadisə nəticəsində o, zərər çəkməyib.
скачать dle 12.1
Xəbər lenti