Ərdoğan: “Qarabağ mütləq əsl sahibinə qayıdacaq”

5-04-2016, 01:28
0
Ərdoğan: “Qarabağ mütləq əsl sahibinə qayıdacaq”

“Türkiyə ilk əvvəldən Azərbaycanın yanında olub”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyəcək.

“Türkiyə ilk əvvəldən Azərbaycanın yanında olub və buna davam edəcək. Bir gün Qarabağ mütləq əsl sahibinə qayıdacaq, yenidən Azərbaycanın olacaq”, – deyə, Ərdoğan Ankarada Qırmızı Aypara Cəmiyyətinin qurultayında bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin Baş naziri və XİN rəhbəri Azərbaycana dəstək ifadə etmişdilər.

скачать dle 12.1
Xəbər lenti