İran və Səudiyyədən qarşılıqlı ittihamlar

30-05-2016, 18:50
0
İran və Səudiyyədən qarşılıqlı ittihamlar

“The Guardian” qəzetində dərc olunmuş məqalədə deyilir ki, İran zəvvarları builki Həcc ziyarətinə getməyəcəklər. Tehran buna görə məsuliyyəti bütünlüklə Səudiyyə Ərəbistanına yükləyib və bildirib ki, Riyad İran zəvvarlarının təhlükəsizliyinə təminat vermir.
Öz növbəsində hər il Məkkə şəhərində 2 milyondan artıq müsəlmanı qəbul edən Səudiyyə bəyan edib ki, İranın Həcc və Ziyarət Təşkilatı iki tərəf arasında memorandumu imzalamaqdan imtina etməklə iranlıları Həcc ziyarətindən məhrum edib.
“The Guardian” yazır ki, iki ölkə arasında münasibətlər ötən il Məkkədə baş vermiş basabasda yüzlərlə iranlı öldükdən sonra pisləşib. Bu hadisənin ardınca səudların şiə ruhanisini edam etmələri Tehrandakı Səudiyyə səfirliyinin yandırılması və iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsi ilə nəticələnib.
Məqalədə deyilir ki, sünni monarxiyası olan Səudiyyə ilə şiə İranı Suriya və başqa münaqişələrdə qarşı duran tərəfləri dəstəkləyirlər.

1987-də nə olub?

İranın Həcc və Ziyarət təşkilatının bəyanatında deyilir ki, “Səudiyyə Ərəbistanı tərəfindən davam etdirilən təxribata görə bu il iranlılar Həcc ziyarətinə getməkdən məhrum olublar və bunun məsuliyyəti tamamilə Səuduiyyə hökumətinin üzərinə düşür”.
Bununla əlaqədar Səudiyyə mediası yazır ki, İran nümayəndə heyəti artıq ikinci dəfədir ki, Riyadı heç bir razılaşma əldə etmədən tərk edib və buna görə məsuliyyəti Tehran daşıyır.

“Səudiyyə Ərəbistanı heç bir kəsin öz dini vəzifəsini icra etməsinin qarşısını almır, – deyib Səudiyyənin xarici işlər naziri Adel əl-Cübeyr. Britaniyalı həmkarı ilə görüşən əl-Cübeyr deyib ki, İran nümayəndə heyəti bu danışıqlarda faktiki olaraq Həcc ziyarəti zamanı nümayişlər keçirmək səlahiyyəti istəyirdi və bu xaosun yaranmasına səbəb ola bilərdi”.

İranın mədəniyyət naziri Əli Cənnəti isə bəyan edib ki, Səudiyyə hökuməti iranlı zəvvarların təhlükəsizliyinə zəmanət verməməklə, əslində onları ziyarətdən məhrum edib.

“The Guardian” yazır ki, Məkkədə keçən il yaşanmış basabasdan ötən səkkiz ayda bu faciəli hadisəyə dair hesabat hələ də açıqlamayıb. Bu basabasda 700-dək zəvvarın həlak olduğu xəbər verilib.

Məqalədə deyilir ki, İran 1987-ci ildə iranlı zəvvarlar Məkkədə Səuidiyyə təhlükəszlik qüvvələri ilə toqquşduqdan sonra, Tehran Həcc ziyarətini 3 il müddətinə ləğv etmişdi. 

скачать dle 12.1
Xəbər lenti