Britaniya üçün ayrıca vahid bazar olmayacaq

5-07-2016, 17:20
0
Britaniya üçün ayrıca vahid bazar olmayacaq

“Böyük Britaniya üçün ayrıca vahid bazar olamayacaq”.

Bunu Avropa Şurasının prezidenti Donald Tusk iyunun 5-də Avropa Parlamentində çıxış edərkən deyib: “Ümid edirik ki, Böyük Britaniya gələcəkdə yaxın tərəfdaş olacaq. Amma liderlər aydınlıq gətirdilər ki, vahid bazara çıxış , azad hərəkət də daxil olmaqla bütün 4 azadlığa çıxış deməkdir. Biz azadlığımızı dəyər-dəyməzinə satmayacağıq”, deyə o bildirib.

Qeyd edək ki, Avropa Birliyi liderləri bəyan ediblər ki, Böyük Britaniyanın çıxmasından sonra birlik iflic olmayacaq.

London çıxmaqla bağlı danışıqlara başlamaq üçün bir neçə ay David Cameronu əvəz edəcək baş naziri gözləməli ola bilər.

Britaniyanın çıxmasından sonra iqtisadi vəziyyətə gəldikdə isə Donald Tusk deyib ki, Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib. Amma bu da aydındır ki, Britaniyanın birlikdən çıxması bu ölkədə artımın sürətində müəyyən azalma azaldacaq.

скачать dle 12.1
Xəbər lenti