Antalyada turist gəmisi batıb

4-09-2016, 14:22
0
Antalyada turist gəmisi batıb

Antalyada turist gəmisi qəzaya uğrayıb. 2 nəfər itkin düşüb, 79 nəfər xilas edilib.

Türkiyənin «Hürriyyət» qəzeti yazır ki, sentyabrın 3-də açıq dənizdə fırtınaya yaxalanan tur gəmisi geri dönərkən aşıb. Xilasedicilər 79 adamı xilas edə bilib, amma biri uşaq olmaqla iki adam hələ də axtarılır.

«Hürriyyət» yazır ki, həmin bölgədə yağış, dolu, qasırğalı hava müşayiət edilib.

28 metr uzunluğundakı ’Kurt-C’ adlı tur katerinin kapitanı havanın pisləşməsi səbəbilə geri dönməyi qərara alıb və dönərkən gəmi aşıb.

Gəminin göyərtəsində yerli və xarici turistlər olub.

скачать dle 12.1
Xəbər lenti