Soyunaraq etiraz edən məşqçilərə 3 il cəza - VİDEO

22-09-2016, 18:04
0
Soyunaraq etiraz edən məşqçilərə 3 il cəza - VİDEO

 

Rio olimpiyadalarında gündəmə gələn 2 monqolustanlı güləş məşqçisi 3 il beynəlxalq yarışlardan uzaqlaşdırılıb.

Monqol güləşçi Qanzoriqin Mandaxaran, özbəkistanlı rəqibi ilə qarşılaşdığı bürünc medal yarışının son dəqiqələrinə 7-6 öndə olmuşdu. Ancaq monqol güləşçi erkən sevinməyə başlamışdı. Görüşün bitməsinə 18 saniyə qalmış cərimə xalı almışdı. Beləliklə, bürünc medal  özbək rəqibinə verilmişdi.

Monqol güləşçinin məşqçiləri qərara etiraz etmişdilər. Paltarlarını çıxarıb tatamiyə atan məşqçilər çətinliklə sakitləşdirilmişdilər.

Bundan sonra Dünya Güləş Federasiyası, etirazçı məşqçilərə 3 il beynəlxalq yarışlardan uzaqlaşdırıb.
Monqolustan Güləş Federasiyası da 50 min frank cərimə edilib. 2 məşqçi, 2019-cu il avqust ayına kimi heç bir rəsmi turnirdə çıxış etməyəcək.

скачать dle 12.1
Xəbər lenti