Vyetnamlıların qəribə adətləri

14-10-2016, 19:06
0
Vyetnamlıların qəribə adətləri

Vyetnamlıların ümumi və lokal milli adətləri haqda məqalə oxudum, bəziləri ilə sizi də tanış edim:
– Ömürdə bir dəfə doğum gününü qeyd edirlər, 1 yaşı;
– Ölüm öncəsi adlarını dəyişirlər, onların fikrincə, bu dünyada yaşadığın adla o biri dünyaya getmək olmaz
– Uzaq bir yerə köçüb gedəndə yaxın adamlarının sümüklərini çıxarıb özləri ilə aparır, yeni məskəndə basdırırlar. Məqsəd qəbirləri vaxtaşırı ziyarət edə bilməkdir. Qəbrin ziyarəti ölünün ruhu ilə ünsiyyət sayılır.
– Evlərin giriş qapısına bayır tərəfdən güzgü vururlar.Bunu əjdahalardan müdafiə üsulu sayırlar. Onların fikrincə, əjdahalar mövcuddur. Evə daxil olmaq istəyən əjdaha güzgüdə öz əksini görəndə, bunu başqa bir əjdaha sanıb evə girməyəcək.
– Ölkənin şimal bölgəsində torpaq yemək adəti var. Hisə verilmiş torpaq tikələri bazarda satılır, desert olaraq yeyilir.

Yazı Ruslan Köçərlinin “facebook” səhifəsindən götürülüb

скачать dle 12.1
Xəbər lenti