İran zabiti Suriyadakı döyüşlərdə həlak olub

2-01-2017, 14:46
0
İran zabiti Suriyadakı döyüşlərdə həlak olub

İran zabiti Suriyada gedən döyüşlərdə öldürülüb.

Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İran İnqilab Gözətçiləri komandirlərindən Qulam Əli Kalizadə Suriyadakı döyüşlərdə həlak olub. Xəbərdə bildirilir ki, o, suriyalı müxaliflərlə baş vermiş döyüşlərdə həyatını itirib.

Qulam Əli Kalizadə 1980-1988-ci illərdə baş vermiş İran-İraq müharibəsi iştirakçısı olub.

скачать dle 12.1
Xəbər lenti