Səudiyyə Cizanda itirdikləri bazaları geri ala bilmır

12-09-2015, 18:51
0
Səudiyyə Cizanda itirdikləri bazaları geri ala bilmır
Səudiyyə rejiminin Cizan bölgəsində Yəmən xalq qüvvələri tərəfindən ələ keçirilən Dar Əl-nasr hərbi bazasını geri almaq üçün başladığı hərbi əməliyyatlar nəticə verməyib.
 
Yəmən ordusu və Xalq Komitələri Qüvvələri Səudiyyə rejimi ordusunun bazanı geri almaq istiqamətində başlatdığı əməliyyatları geri oturdub. Əməliyyatlar zamanı Səudiyyə rejiminə aid daha 4 hərbi maşın məhv edilib.
 
Gedən döyüşlərdə Səudiyyə rejiminin snayperlərindən 4 nəfər Yəmən ordusunun təşkil etdiyi artilleriya hücumu ilə öldürülüb.
 
Digər tərəfdən, Cizan bölgəsində yerləşən Əl-Hobə bazası yaxınlığında da Səudiyyə ordusu qüvvələrindən bir çoxunun Xalq Komitələri və Yəmən ordusu tərəfindən öldürüldüyü bildirilir.
 
Yəmən ordusuna bağlı hərbi birliklərin Əl-Kuvvə bazasındakı Səudiyyə əsgərlərini hədəf alan hücumlar təşkil etdiyi və hücumda bir çox Səudiyyə əsgərinin öldüyü və yaralandığı vurğulanıb. 
скачать dle 12.1
Xəbər lenti