“Yuventus” futbol klubu yeni loqotipini təqdim edib

17-01-2017, 17:11
0
“Yuventus” futbol klubu yeni loqotipini təqdim edib

İtaliyanın “Yuventus” futbol klubu rəsmi olaraq yeni loqotipini və komandanın vizual tərtibatını təqdim edib.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin məlumatında deyilir.

Jurnalistlər üçün qapalı olan tədbir bazar ertəsi axşam keçirilib və klubun rəsmi saytı vasitəsi ilə birbaşa yayımlanıb. Yeni loqotip klub prezidenti Canni Anyelli tərəfindən təqdim olunub. O, loqotipin bu ilin iyul ayından istifadə olunacağını bildirib.

“Yeni loqotip bizim mənsubluq hissimizi və bizə seçdiyimiz yol ilə birgə getməyə imkan verən xüsusi üslubumuzu rəmzləşdirir”, – deyə prezident qeyd edib.

скачать dle 12.1
Xəbər lenti