Tramp Venesuelanın suriyalı vitse-prezidentinə sanksiya qoydu

14-02-2017, 13:09
0
Tramp Venesuelanın suriyalı vitse-prezidentinə sanksiya qoydu

ABŞ prezidenti Donald Trampın Administrasiyası Venesuelanın vitse-prezidenti Tarek əl-Ayssamiyə qarşı sanksiya tətbiq edib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, ABŞ Maliyyə Nazirliyi Tarek əl-Ayssaminin narkotik maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilərək bank hesablarını dondurub.

ABŞ şirkətlərinə Venesuelanın vitse-prezidenti ilə istənilən sahədə əməkdaşlıq etməmək barədə də göstəriş verilib. Bundan əlavə Venesuelanın 13 şirkətinə qarşı hüquqi məhdudiyyətlər də tətbiq olunub.

Qeyd edək ki, 47 yaşlı Tarek Əl-Ayssami Venesuelanın dövlət başçısı Nikolas Maduro tərəfindən yanvarın 5-də vitse-prezident təyin edib. Tarek əl-Ayssami əslən Suriyadan olan druzdur.

скачать dle 12.1
Xəbər lenti