Rusiya Suriyada daha 4 hərbçisini itirdi

20-02-2017, 18:46
0
Rusiya Suriyada daha 4 hərbçisini itirdi

Suriyada daha 4 rus hərbçi həyatını itirib.
Bu barədə bu gün Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə fevralın 16-da suriyalı və rus hərbçiləri daşıyan avtomobil partlayıcı quraşdırılmış yoldan keçərkən baş verib.
Homs yolunda baş verən partlayış zamanı daha 2 rus hərbçi yaralanıb. Rusiyadan gələn həkimlər hazırda onların həyatını xilas etməyə çalışır.
2015-ci ilin sentyabrından bu yana Suriyadakı hərbi əməliyyatlarda Rusiyanın 25 hərbçisi, 2 tibb bacısı həyatını itirib.
Rusiya hərbçilərinin Suriyadakı hərbi əməliyyatlarda birbaşa iştirakını inkar edir, onların bu ölkədə məsləhətçi qismində olduğunu bildirir.
Rəsmi Moskva Suriyaya nə qədər hərbçi göndərdiyini də açıqlamır. Qeyri-rəsmi məlumatlara görə, 2016-cı ilin sentyabrında Suriyada 1600 rus hərbçi olub.

скачать dle 12.1
Xəbər lenti