Əsrin Eynşteyni Stiven Hokinq vəfat etdi

14-03-2018, 22:21
3 774
Əsrin Eynşteyni Stiven Hokinq vəfat etdi

Dünyanın ən məşhur fizikaçı alimlərindən biri Stephen Hawking 76 yaşında vəfat edib. Məlum olduğu kimi, böyük zəka sahibi Hawking Kembric Universitetində tələbə ikən tutulduğu amyotrofik lateral skleroz xəstəliyi səbəbindən, demək olar ki, bədəninin heç bir hissəsini hərəkət etdirə bilmir, özü üçün xüsusi olaraq hazırlanmış kompüter sistemi ilə əlaqə saxlayırdı.
Araşdırmaları 40-dan çox dilə tərcümə olunan Hawking elm aləmində Albert Eynşteyndən sonrakı ən böyük dahi sayılırdı. Məşhur ingilis alimi kvant fizikası və qara dəliklərlə bağlı apardığı geniş araşdırmaları ilə tanınırdı.
Stephen Hawking 8 yanvar 1942-ci ildə Oksfordda dünyaya gəlib. Atasi da alim bioloq olan Hawking Oksfordda fizika bölümünü oxuduqdan sonra, Kembric Universitetinde kosmos məsələləri ilə bağlı təhsilini davam etdirib. Gənc yaşlarında ata minməyi və qayıq sürməyi sevirdi. 1964-cü ildə evlənməyə hazırlaşarkən tutulduğu xəstəliyə görə həkimlər onun 2-3 il ömrü qaldığını dedilər. Amma deyilən vaxt keçdiyində Hawkingin 3 uşağı var idi. Bu tarixdə həmçinin onun “Zamanın qısa tarixi” kitabı 10 milyondan artıq satılmışdı.
Bu gün 76 yaşında vəfat edən Stephen Hawkingin hayatı 2014-cü ildə “Hər şeyin nəzəriyyəsi” adlı filmdə əbədiləşib.

скачать dle 12.1
Xəbər lenti