Masallı rayonunda silahlı insident nəticəsində bir nəfər ağır yaralanıb.
1953-cü il təvəllüdlü Qızılavar kənd sakini Ağayev Ağəddin Nuru oğlu güllələnmə diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Cərrahi əməliyyat zamanı onun bədənindən 4 güllə çıxarılıb.
Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Qeyd olunur ki, zərərçəkmiş Rusiyada müəyyən şəxslərlə ədavətdə olub və bu səbəbdən Azərbaycana qaçıb. Lakin sözügedən şəxslər onu təqib edərək Masallıda güllələyiblər.