Özbəkistanda senzuranı qadağan edən qanun qəbul edildi

6-04-2018, 19:12
8 750
Özbəkistanda senzuranı qadağan edən qanun qəbul edildi

Uza.uz.-un məlumatına görə, Özbəkistan Ali Məclisi (parlament) ölkədə KIV-in senzurasını qadağan edən və jurnalist statusunu beynəlxalq hüquqa uyğun müəyyənləşdirən “jurnalist fəaliyyətinin mühafizəsi haqqında” 1997-ci il 24 aprel Qanununa dəyişikliklər qəbul edib. Jurnalistlərin müdafiəsi haqqında qanuna dəyişiklikləri də özündə əks etdirən “Özbəkistan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi, martın 29-da ali palatanın XIV plenar iclasında qəbul edilmişdir. Qanun layihəsində jurnalist fəaliyyətinin prinsipləri xarakterizə olunur və jurnalistin hüquqi statusu müəyyənləşdirilir. Xüsusilə, qanun layihəsində müəyyənləşdirilir ki, “heç kim dərc olunan məlumat və ya materialların ilkin baxışını tələb etmək, eləcə də mətnin dəyişdirilməsi və ya tamamilə yayından (efir) qaldırılması hüququna malik deyildir.”

Qanun həmçinin akkreditasiya institutu və akkreditasiyadan keçmiş jurnalistlərin hüquqları anlayışını, ictimai tədbirlərdə jurnalistlərin rolu və jurnalist məxfiliyi anlayışını (məlumat və ya onun mənbəyinin məxfiliyinin qorunması məsuliyyəti) möhkəmləndirir və KİV nümayəndələrinə peşəkar jurnalist fəaliyyətinin həyata keçirilməsi üçün əlavə hüquqlar verir.

Qanun layihəsində beynəlxalq hüquq Özbək hüququna prioritet qoyulur: “Əgər beynəlxalq müqavilədə “jurnalistin peşə fəaliyyətinin qorunması haqqında” göstərilmiş qaydalar Özbəkistan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalardan fərqlənirsə, o zaman beynəlxalq müqavilənin qaydaları tətbiq olunur”.

скачать dle 12.1
Xəbər lenti