Netanyahu deyir ki, İranın “məxfi nüvə sənədlərini” ələ keçirib

1-05-2018, 15:09
6 711
Netanyahu deyir ki, İranın “məxfi nüvə sənədlərini” ələ keçirib

İsrailin baş naziri Benjamin Netanyahu bildirib ki, onun ölkəsi İranın nüvə silahı əldə etmək istədiyini “göstərən” on minlərlə sənəd aşkar edib.

Aprelin 30-da Tel Əvivdə keçirilən mətbuat konfransında Netanyahu deyib ki, İran 2015-ci ildə dünyanın 6 dövləti ilə nüvə sazişini imzaladıqdan sonra özünün nüvə proqramına aid arxivini gizlədib. Baş nazirin sözlərinə görə bu materiallar İranın “beş Hirosima bombasına bərabər bomba” düzəltmək və onu ballistik raketə yükləmək planının olduğunu göstərir.

Netanyahu deyib ki, İran ən yüksək səviyyədə nüvə proqramını davam etdirmək əzmində olub.

İsrailin baş naziri 2015-ci il razılaşmasının “yalanlar üzərində” qurulduğunu deyib.

O bəyan edib ki, İsrail kəşfiyyatı İranın 55 minə yaxın məxfi sənədinin surətlərini əldə edib.

Netanyahu bildirib ki, o, bu sənədləri Birləşmiş Ştatlarlarla paylaşıb.

ABŞ prezidenti Donald Trump İranla nüvə sazişini dəfələrlə tənqid edib və Vaşinqtonun bu müqavilədən çıxa biləcəyini söyləyib.

Tel Əvivdə keçirdiyi mətbuat konfransında Netanyahu deyib ki, o, cənab Trump-ın “düzgün işi görəcəyinə” əmindir.

Netanyahu aprelin 29-da ABŞ-ın yeni dövlət katibi Mike Pompeo ilə görüşüb. Onlar İranın nüvə proqramını müzakirə ediblər.

Danışıqlardan sonra Pompeo deyib ki, Trump İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün geniş və hərtərəfli plana malikdir.

скачать dle 12.1
Xəbər lenti