Gürcüstanın baş naziri istefa verdi

15-06-2018, 22:39
10 777
Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili istefa qərarı qəbul edib. Onun dediyinə görə buna, digər kabinet üzvləri ilə fikir ayrılığı səbəb olub.

Kvirikashvili Tbilisini bürümüş antihökumət etirazlarının ardınca iyunun 13-də istefaya getdiyini elan edib.

50 yaşlı Kvirikashvili 2015-ci ildən bəri baş nazir idi.

Bundan əvvəl, iyunun 12-də yayılan xəbərlərdə deyilirdi ki, Gürcüstan parlamentində əksəriyyəti hakim Gürcü Arzusu partiyasının nümayəndələri olan çoxluq ölkədə küçə etirazlarının ardınca mümkün hökumət yerdəyişmələrini müzakirə etmək üçün görüşə toplaşıb.

İyunun 12-də keçirilən bu görüşdə hakim partiyanın lideri, maqnat Bidzina Ivanishvili və baş nazir Giorgi Kvirikashvili də iştirak ediblər.

Bu toplantıdan əvvəl ölkə mediası Kvirikashvili və daha dörd nazirin istefaya gedəcəklərini yazırdı.

Gürcü Arzusu partiyasından millət vəkili Eka Beselia iyunun 10-11-də Tbilisini silkələmiş antihökumət etirazlarının ardınca yayılmış bu media xəbərlərini şərh etməkdən boyun qaçırıb.

Tbilisidə etiraz aksiyaları mayın 31-də iki yeniyetmənin qətli ilə bağlı məhkəmənin ədalətsiz aparılmasına etirazdan qığılcım almışdı.

Etirazlar iyunun 6-da dayansa da, iyunun 10-da bərpa olunmuş və 11-də bitmişdi.

скачать dle 12.1
Xəbər lenti