Özbəkistanda işgəncə vermiş xüsusi xidmət əməkdaşları həbs olunur

5-07-2018, 14:19
8 814
Özbəkistanda işgəncə vermiş xüsusi xidmət əməkdaşları həbs olunur

Özbəkistanın Buxara vilayətində təhlükəsilik xidmətinin 5 keçmiş əməkdaşı işgəncə vermək və səlahiyyətlərini aşmaq ittihamı ilə uzunmüddətli həbsxana cəzasına məhkum edilib.

Azadlıq Radiosuna anonimlik şərtilə danışan rəsmi iyunun 25-də deyib ki, Milli Təhlükəsizlik Xidmətinin Buxara regional direkrtoru Rüstəm Əzimov 14 il müddətinə azadlıqlan məhrum edilib.

Onun məhkəməsi bağlı qapılar arxasında keçirilib.

Həmin rəsmi deyib ki, Əzimovun keçmiş əməkdaşlarından 4 nəfəri 16 ildən 18 ilədək azadlıqdan məhrum olunub.

Özbəkistan prezidenti Sövkət Mirziyayev ölkədə insan haqlarının bərbad vəziyyətini düzəltməyə və Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliyi sistemində təmizləmə həyata keçirməyə söz vermişdi.

Amnesty International insan haqları təşkilatının əvvəlki prezident İslam Kərimovun vaxtında dərc etdiyi hesabatda Özbəkistan həbsxanalarında işgəncələrin adi praktikaya çevrildiyi qeyd olunurdu.

Ölkənin yeni prezidenti Mirziyoev 2017-ci ildə imzaladığı fərmanla məhkəmələrdə işgəncə yolu ilə əldə olunmuş ifadələrin nəzərə alınması qadağan olunur.

Buna baxmayaraq ölkə həbxanalarında işgəncələrin davam etdiyinə dair məlumatlar var.

Mirziyoev Özbəkistan xüsusi xidmətlərinin fəaliyyətini Stalinin vaxtında mövcud olmuş NKVD-nin 1937-38-ci illərdəki repressiyalarına bənzədib və bunun yolverilməz olduğunu deyib.

Bu ilin yanvar ayında prezident Mirziyayev 23 ildir ki, ölkə xüsusi xidmətlərinə başçılıq edən general Rüstəm İnoyatovu vəzifəsindən azad edib.

O vaxtdan bəri xüsusi xidmətlərinin bir neçə yüksək rütbəli əməkdaşı həbs olunub.

скачать dle 12.1
Xəbər lenti