Dünya Kuboku Azərbaycana gəlir

16-09-2015, 19:19
0
Dünya Kuboku Azərbaycana gəlir

Azərbaycan milli komandası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda İtaliya yığmasını qəbul edəcək.   

Bizimyol.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş Bakı Olimpiya Stadionunda keçiriləcək və ölkənin ən böyük idman arenasında baş tutacaq ilk rəsmi futbol oyunu kimi tarixə düşəcək.    
İtaliya yığması Dünya Kubokunu Azərbaycana gətirəcək. Azarkeşlər oyun günü Olimpiya Stadionunda nümayiş etdiriləcək planetin əsas futbol kuboku ilə şəkil çəkdirmək imkanı əldə edəcəklər.   
AFFA-nın baş katibi Elxan Məmmədov Dünya Kubokunun Azərbaycana gətirilməsi səbəbini açıqlayıb:   “AFFA Azərbaycanda İtaliya milli komandasının çoxsaylı azarkeş ordusunun olmasını, eləcə də yeni – Bakı Olimpiya Stadionunda futbol açılışının əzəmətini nəzərə alaraq, fanatlara sürpriz etməyi qərara aldı.   İtaliya Futbol Federasiyası ilə danışıqlardan sonra biz İtaliya milli komandasının Dünya Kubokunu Azərbaycana gətirilməsi üçün razılıq əldə olundu. Bu hadisə ölkəmizdə futbol həvəskarları üçün bir hədiyyə olacaq”.
скачать dle 12.1
Xəbər lenti