Zərif ABŞ-ı İranda dövlət çevrilişi hazırlamaqda ittiham edir

21-08-2018, 13:35
9 881
Zərif ABŞ-ı İranda dövlət çevrilişi hazırlamaqda ittiham edir

ABŞ 1953-cü ildə olduğu kimi ölkədə hakimiyyəti devirmək üçün İran üzrə “hərəkət qrupu” yaradıb.

Bu bəyanatla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

“Düz 65 il əvvəl ABŞ xalq tərəfindən seçilmiş demokratik Müsəddiq hökumətini devirərək növbəti 25 il müddətinə diktatorluğu bərpa etdi və iranlıları kölə halına saldı. İndi İran üzrə “hərəkət qrupu” təzyiq, yalan məlumat və demaqoqluq yolu ilə eyni şeyi etmək arzusundadır. Bu, bir daha olan deyil”, – deyə nazir öz “Twitter” səhifəsində yazıb.

скачать dle 12.1
Xəbər lenti