İranı təzədən hədələyirlər

20-05-2019, 20:10
7 142
İranı təzədən hədələyirlər

ABŞ Prezidenti Donald Trump İranı təzədən hədələyib, deyib ki, münaqişə islam respublikasının “rəsmi son”unu gətirər.

Trump mayın 20-də danışıb. Elə həmin gün Birləşmiş Ştatların vacib müttəfiqi olan Səudiyyə Ərəbistanı xəbərdarlıq edib ki, Tehranın “provokasiyaları”na “var gücüylə” cavab verməyə hazırdır.

ABŞ və İran arasında gərginlik qızışır və bunun potensial hərbi münaqişəyə çevrilə biləcəyi sarıdan narahatlıq var.

Vaşinqton Yaxın Şərq və Fars Körfəzində hərbi qüvvələrini gücləndirir, İrandan təhdidlərin olduğunu bildirir. Dövlət Departamenti isə İranın qonşusu İraqdakı ABŞ səfirliyindən fövqəladə ehtiyac olmayan işçiləri çıxarıb.

İran müharibə istəmədiyi deyir, təhdidlərlə bağlı Vaşinqtonun iddialarını rədd edir.

Mayın 19-da Bağdaddakı ABŞ səfirliyi yaxınlığına raket buraxılıb. Xəsarət alan olmayıb, ciddi ziyan dəyməyib. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

“İran vuruşmaq istəyirsə, bu, İranın rəsmi sonu olacaq. Birləşmiş Ştatları heç vaxt təhdid etməyin!” – Trump mayın 20-də tvitində yazıb.

Səudiyyə Ərəbistanı isə Tehranı ötən həftə kraqllıqda iki neft obyektinə dron zərbəsini sifariş etməkdə suçlayıb. Bu hücuma görə İranın Yəməndə dəstəklədiyi şiəməzhəb husi yaraqlıları məsuliyyəti götürüb.

Trump ötən ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxıb və sanksiyaları gücləndirib.

скачать dle 12.1
Xəbər lenti