Fransa iranlı mühəndisi ABŞ-a verəcəkmi

22-05-2019, 18:24
6 766
Fransa iranlı mühəndisi ABŞ-a verəcəkmi

Fransa məhkəməsi iranlı mühəndisin Birləşmiş Ştatlara ekstradisiyası üzə qərar çıxarmalıdır. Jalal Rohollahnejad fevralın 2-də Nitsa şəhərinin aeroportunda ABŞ-ın ekstradisiya tələbinə uyğun olaraq saxlanıb.

41 yaşlı mühəndis Nitsaya Fransanın işçi vizası ilə, Moskva vasitəsilə Tehrandan gedib.

Məhkəmə sənədlərinə görə, ABŞ hakimiyyəti Rohollahnejad-ı həssas sənaye avadanlığın ixracı cəhdində şübhəli bilir. İrana ixracın Birləşmiş Ərəb Əmirlikləri ərazisindən gerçəkləşdiriləcəyi bildirilir. ABŞ iddia edir ki, sözügedən avadanlıq silahlara çevrilə bilərdi.

Rohollahnejad İranda mənzillənən Rayan Roshd Afszar şirkəti üçün işləməkdə şübhəli bilinir. ABŞ bu şirkəti qara siyahıya salıb, İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) bağlı olduğunu deyir. Vaşinqton İİKK-nı terrorçu təşkilat adlandırıb.

скачать dle 12.1
Xəbər lenti