Erdogan: “İyulda Rusiyadan S-400 raketlərinin göndərilməsinə başlanacaq

16-06-2019, 20:41
7 829
Erdogan: “İyulda Rusiyadan S-400 raketlərinin göndərilməsinə başlanacaq

“İyulda Rusiyadan S-400 raket komplekslərinin göndərilməsinə başlanacağını gözləyirik”.

Reutersin məlumatına görə, bunu iyunun 16-da Türkiyə mətbuatına ölkə prezidenti Racep Tayyip Erdogan deyib.

“Hesab edirəm ki, iyulun 1-ci yarısından S-400 raketlərinin göndərilməsinə başlanacaq”,Erdogan CNN Turk televiziyasına açıqlamasında deyib.

Qeyd edək ki, Moskva ilə Ankara arasındakı bu sövdələşmə ABŞ-la Türkiyə arasındakı münasibətləri daha da gərginləşdirib.

ABŞ deyir ki, Rusiya istehsalı olan bu hava hücumlarından müdafiə sistemi NATO ordusundakı F-35 təyyarələri barədə informasiya əldə edə bilər.

Bundan başqa NATO və ABŞ dəfələrlə bəyan ediblər ki, S-400 zenit-raket komplekslərini NATO ordusuna uyğunlaşdırmaq mümkün deyil.

Vaşinqton bəyan edib ki, əgər Türkiyə bu fikrindən dönməsə, bu ölkəyə F-35 qırıcı təyyarələrinin satışını dayandıracaq.Vaşinqton həmçinin Türkiyəni mümkün sanksiyalarla hədələyib.

Qeyd edək ki, ABŞ və Türkiyə NATO üzvləridirlər.

ABŞ-ın müdafiə naziri əvəzi Patrick Shanahan bu ay-iyunda deyib ki, əgər Ankara kursunu dəyişməsə, Türkiyə F-35 qırıcı təyyarələri proqramından çıxarılacaq.

Erdogansa bu məsələni, Böyük 20-lər ölkələrinin iyunda keçiriləcək sammiti çərçivəsində ABŞ-lı həmkarı Donald Trump-la müzakirə edəcəyini deyib.

Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu isə deyib ki, Ankara Vaşinqtondan gələn istənilən sanksiyaya cavab verəcək.

скачать dle 12.1
Xəbər lenti