ABŞ rəsmisi: İran Oman körfəzində ABŞ-ın pilotsuz aparatını atəşə tutub

16-06-2019, 20:46
11 501
ABŞ rəsmisi: İran Oman körfəzində ABŞ-ın pilotsuz aparatını atəşə tutub

Iran hərbçiləri, iyunun 13-də Oman körfəzində iki neft tankerinə hücumdan bir neçə saat əvvəl ABŞ-ın pilotsuz aparatını atəşə tutublar.

Amma mərmi hədəfə dəyməyərək dənizə düşüb.

Bu barədə CNN ABŞ hökumətinin nümayəndəsinə istinadla xəbər verir.

Pilotsuz aparat İran katerinin tankerlərə yaxınlaşmasını qeydə alıb. Amma mənbə, kameranın insident vaxtı maqnit minasını qeydə alıb-almaması barədə açıqlama verməyib.

Bundan bir neçə gün əvvəl Yəməndəki iranpərəst huti qruplaşması İran traketi ilə başqa bir ABŞ dronunu DA vurub.

“Hazırda regiondakı hərbi qüvvələrimizin bütün zəruri maddi vasitələrlə təmin olunması və qarşıya qoyulmuş tapşırığı yerinə yetirməsi üçün siyasi dəstək qazanması üzərində işləyirik”,ABŞ-ın madafiə naziri əvəzi Patrick Shanahan deyib.

O qeyd edib ki, Vaşinqton eyni zamanda tankerlərə hücumda günahkar məsələsində beynəlxalq konsensus əldə etməyə çalışır.

ABŞ bu hücumlarda birmənalı olaraq İranı günahlandırır.

Britaniya hökuməti də iyunun 14-də bəyanat yayaraq bildirib ki, Oman körfəzində tankerlərə hücuma görə İran İslam İnqilab Qvardiyası cavabdehlik daşıyır.

Amma Almaniya da daxil olmaqla ABŞ-ın bir sıra müttəfiqləri məsələyə daha səbirli yanaşır, deyirlər ki, hələlik İranın bu hücumlarda əli olması sübut edilməyib.

Tehranın özübütün ittihamları rədd edir.

Qeyd edək ki, bundan bir ay əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində dörd neft tankerinə də hücum edilmişdi.

ABŞ dövlət katibi Mike Pompeo baş vermis son hadisəyə görə İranı ittiham edib və bildirib ki, hər iki insident Tehranın və onun əlaltılarının Amerika və onun müttəfiqlərinin maraqları üzərinə planlı hücumu olub.

O deyib ki, bu, son 40 ildə sülhsevər ölkələr üzərinə İranın daha bir hücumu kimi qiymətləndirilməliir.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeir deyib ki, o, ABŞ-ın bu hücumlarda İranın əli olduğuna dair ehtimalı ilə razıdır.

Müşahidəçilər diqqəti belə bir məqama çəkirlər ki, bu partlayışların baş verdiyi bir vaxtda Yaponiyanın baş naziri Shinzo Abe Tehranda idi və ABŞ-la İran arasındakı gəriginliyin azaldılması üçün səy göstərirdi.

İyunun 13-də partlayış baş verən gəmilərdən biri də Yaponiyaya məxsusdur.

Bu gəmi Uzaq Şərqə naften daşıyırdı.

скачать dle 12.1
Xəbər lenti