Cənubi Amerikada işıq kəsilib

17-06-2019, 21:32
7 467
Cənubi Amerikada işıq kəsilib

İyunun 16-da Argentina, Uruqvay və Paraqvayda elektrik kəsilib, on milyonlarla adam işıqsız qalıb.

Argentina Prezidenti Mauricio Macri Twitter-də yazıb ki, elektrikin kəsilməsi “görünməmiş” hadisədir. Argentinanın bircə cənub ucqarındakı Tierra del Fuego regionunun çıxmaqla bütün ərazisində işıq olmayıb.

Axşama doğru ölkə ərazisinin 90 faizində elektrik bərpa olunub, ancaq hadisənin dəqiq səbəbi naməlum qalıb.

Enerji naziri Gustavo Lopetegui deyib ki, problemin səbəbini müəyyənləşdirməyə 10-15 gün lazımdır.

Uruqvay və Paraqvayın bir hissəsinin işıqsız qalması isə “Argentina şəbəkəsindəki problem”lə izah olunub.

скачать dle 12.1
Xəbər lenti