Putin İtaliyaya gedir

4-07-2019, 20:57
78
Putin İtaliyaya gedir

Rusiya Prezidenti Vladimir Putin İtaliya liderləri ilə danışıqlar aparmaq üçün Romaya səfər edir. Onun Papa Francis ilə də görüşü gözlənir.

Rusiyanın TASS dövlət xəbər agentliyinin məlumatına görə, 4 iyul səfəri zamanı İtaliya Prezidenti Sergio Mattarella, Baş nazir Giuseppe Conte ilə danışıqlar aparılacaq.

Rusiya liderinin məqsədi NATO və AB üzvü İtaliya ilə iqtisadi əlaqələri gücləndirməkdir.

Putin günortadan sonra Vatikana gedəcək.

Bir gün sonra isə Ukraynanın katolik liderləri Vatikana ikigünlük səfər edəcək, ölkədəki böhranı müzakirə edəcəklər.

2015-ci ildə papa Putini Ukraynada sülhün bərqərar olmasından ötrü “səmimi və böyük cəhd” göstərməyə çağırmışdı. Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılar hökumət qüvvələri ilə münaqişə aparır.

Bəzi müşahidəçilərin fikrincə, Putinin səfəri papanın Rusiyaya potensial səfərinə yol aça bilər.

Vatikanda görüşlərdən sonra Putin İtaliya prezidenti və baş naziri ilə görüşə gedəcək, Xarici İşlər Nazirliyində İtaliya-Rusiya dialoquna dair konfransa qatılacaq.

dle
Xəbər lenti