Dünyada koronavirusdan ölənlərin sayı 240 mini ötdü

2-05-2020, 16:00
91
Dünyada koronavirusdan ölənlərin sayı 240 mini ötdü

Dünyada koronavirus qurbanlarının sayı 240 221 nəfərə çatıb.

“Report” xəbər verir ki, virusdan ən çox ölüm hadisəsi ABŞ (65 068), İtaliya(28 236) və Böyük Britaniyada (27 510) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınmış yoluxma hallarının sayı isə 3 421 000-i ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

dle
Xəbər lenti