Üç ölkədən TƏCİLİ BƏYANAT - Almaniyaya qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR

22-01-2023, 14:07
435
Üç ölkədən TƏCİLİ BƏYANAT - Almaniyaya qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR

Kiyevin təcili gözlədiyi Almaniya istehsalı tanklarla bağlı Berlinin mövqeyi reaksiyalara səbəb olub.

Britaniyanın “Guardian” qəzetində yer alan xəbərə görə, Almaniya Ukraynaya tank göndərmək istəmədiyi üçün reaksiya ilə üzləşir.

“Almaniya Rusiya ilə təxminən bir il davam edən müharibədə Ukraynanın döyüş qabiliyyətini dəstəkləmək üçün “Leopard 2” tanklarını göndərmək istəmədiyi üçün müttəfiqlərinin reaksiyası ilə üzləşir” - “Guardian” yazıb.

Üç Baltikyanı ölkə - Latviya, Estoniya və Litvanın xarici işlər nazirləri Almaniyanın mövqeyi ilə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda Almaniya Ukraynaya dərhal “Leopard 2” tankları tədarük etməyə çağırılıb. Ancaq görünən odur ki, Almaniya bu reaksiyalardan sonra qərarını dəyişsə belə, tankların 2024-cü ildən əvvəl Ukraynaya çatması mümkün deyil.

“Leopard 2” tanklarının istehsal edildiyi müdafiə sənayesi şirkəti Rheinmetall-ın İdarə Heyətinin sədri Armin Pappergerin sözlərinə görə, hətta sabah Ukraynaya tankların göndərilməsinə qərar verilsə belə, bu, ancaq gələn ilin əvvəlində mümkün olacaq.

Yerli mətbuata danışan Papperger hazırda əllərində 22 ədəd "Leopard 2" və 88 ədəd "Leopard 1" tipli tankların olduğunu vurğulayıb:

“Bizə sifariş gəlmədən bu tankları istifadəyə yararlı hala gətirməkdən söhbət gedə bilməz. Çünki milyonlarla avroya başa gəlir. Biz isə özümüz bunu əvvəlcədən maliyyələşdirə bilmərik. Tanklar təkcə rənglənməyəcək, həm də döyüşə hazır olmaq üçün texniki cəhətdən təchiz olunacaqlar. Bunun üçün bütün hissələri bir-bir əsaslı təmir etmək lazımdır. Bu da vaxt aparır”.

Pappergerin sözləri qısa zamanda gündəmə gəlib və 1 ilin müharibə üçün çox uzun müddət olduğunu vurğulayan bəzi tənqidçilər bu vəziyyəti “çarəsiz qalmaq” kimi şərh ediblər.

 


Xəbər lenti