Makrona SOYUQ DUŞ - Bu ölkə Fransaya 1 ay vaxt verdi

23-01-2023, 17:37
4 368
Makrona SOYUQ DUŞ - Bu ölkə Fransaya 1 ay vaxt verdi

Anti-Fransa əhval-ruhiyyəsinin artdığı Qərbi Afrika ölkəsi olan Burkina Faso Makronda soyuq duş effekti yaradan qərar qəbul edib. Belə ki, 2018-ci ildə Parislə imzalanmış hərbi müqaviləyə xitam verildiyi və Fransa hərbçilərinə ölkəni tərk etmələri üçün 1 ay vaxt qoyulduğu açıqlanıb.

Məlumatı Burkina Fasonun milli yayım şirkəti RTB elan edib.

Fransa prezidenti Emmanuel Makron məsələyə aydınlıq gətirilməli olduğunu vurğulayıb. O, Burkina Qərbi Afrika ölkəsinin yeni xunta liderinin izahatlarını gözlədiyini bildirib.

"Məncə, çox diqqətli olmalıyıq. Rusiyanın mümkün müdaxiləsi və məlumatların manipulyasiya edilməməsinin təmin olunması vacibdir" - Makron deyib.

Qeyd edək ki, Traorenin sentyabrda hakimiyyəti ələ keçirməsindən sonra keçmiş Fransa müstəmləkəsi olan Burkina Fasoda Fransa əleyhinə əhval-ruhiyyənin artır. Dünya mediası Traorenin digər ölkələrlə, xüsusən də Rusiya ilə işləməyə daha açıq olduğunu yazır.

скачать dle 12.1
Xəbər lenti