Vaşinqton Rusiya təyyarələri ilə bağlı Ankaraya xəbərdarlıq edib

29-01-2023, 14:07
4 904
Vaşinqton Rusiya təyyarələri ilə bağlı Ankaraya xəbərdarlıq edib

Vaşinqton Rusiyadan Türkiyəyə ABŞ istehsalı olan Boeing təyyarələri ilə üçan reysləri qəbul etməməsi üçün Ankaraya təzyiq göstərir.

Bu barədə mənbələrə istinadən The Wall Street Journal qəzeti yazır.

Sözü gedən mənbələr qəzetə bildiriblər ki, hələ ötən dekabrda yüksək vəzifəli ABŞ rəsmiləri Türkiyəyə Rusiyaya qarşı sanksiyaların icrasının mühümlüyü barədə xəbərdarlıq ediblər.

The Wall Street Journal qeyd edir ki, Birləşmiş Ştatların mövqeyini əks etdirən rəsmi sənədi Ankaraya ABŞ Ticarət Nazirliyinin nümayəndəsi Teya Rozman Kendler çatdırıb.

Xanım Kendler ötən ilin sonlarında Türkiyəyə rəsmi səfər etmişdi.

скачать dle 12.1
Xəbər lenti