Abşeronda iş adamı qətlə yetirildi Yenilənib

12-10-2016, 19:13
0
Abşeronda iş adamı qətlə yetirildi Yenilənib

Abşeron rayonunun Qobu qəsəbəsində baş verən qətlin bəzi təfərrüatı məlum olub.

1975-ci il təvvəlüdlü Abbasov Rövşən Rafiq oğlunu “Vinçester” markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.

Onlar “söhbət etmək” üçün kafedə görüşüb.

Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə “Vinçester” markalı silahdan əvvəlcə havaya atəş açıb. Daha sonra T.Əlizadə R.Abbasovun ayağını güllə ilə yaralayıb.

O, üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.

T.Əlizadə cinayət məsuliyyətinə cəlb edilib, araşdırmalar davam etdirilir. (Report)

***

Abşeron rayonunda qətl törədilib. Rayon prokurorluğundan verilən xəbərə görə, Qobu qəsəbəsində qəsəbə sakini, 1975-ci il təvəllüdlü Rövşən Rafiq oğlu Abbasov odlu silahla qətlə yetirilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni qəsəbə sakini, 1991-ci il təvəllüdlü Tural Zakir oğlu Əlizadənin törətdiyi müəyyənləşib. Şübhəli şəxs qismində saxlanılan T. Əlizadədən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah götürülüb.   Qətli şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Faktla bağlı cinayət içi başlanıb, araşdırma aparılır.   Öldürülən şəxsin qəsəbədə iş adamı olduğu qeyd olunub. 

скачать dle 12.1
Xəbər lenti