Klassik illüziyaların sirri - FOTOLAR

31-10-2015, 17:14
0
Klassik illüziyaların sirri - FOTOLAR
Hər birimiz uşaq vaxtı sehrbazın çevik əlləri ilə göstərdiyi fokusu görəndə yerimizdə donub qalırdıq. Belə vaxtlar elə düşünürdük ki, illizüionistlər əsl maqiyaya sahibirlər. Onların yaratdığı atmosfer isə sehrbazların  qabiliyyəti barədə şübhəyə imkan vermirdi.
 
Bu gün Sizlərə 6 ən məşhur illüziyanın açmasını təqdim edirik. Əlbəttə, bu sirri açmaqla, uşaqların xəyal dünyasını yıxmağı yox,  valideynlərin də bu sirləri öyrənərək, övladları üçün sehrli aləm yaratmasını hədəf götürmüşük.
 
Cırılmış pul
Burda sirr karandaşın quruluşundadır. Əslində o bölünüb və güclü maqnitlərlə irləşdirilib. Beləliklə, əskinaz asanlıqla onun arasından keçir və cırılmamış halda qalır.
 
Levitasiya
Küçə  illüzionistləri arasında  məşhurluq tapmış  bu tryuk, yaxşı maskalanmış dayağın köməyi ilə həyata keçirilir.
 
Stəkanın itməsi
Masaya su stəkanı qoyulur, üzəri dəsmalla örtülür. Sonra stəkan havaya qaldırılır və atılır. Dəsmal yerə düşür, stəkan isə yoxa çıxır.
 
Sirri isə sadədir. İlk öncə dəsmala kiçik bir dairə bərkidilir. Bu, dəsmalın altında stəkanın olması təəssüratını yaradır. İkinci sirr, Stəkanın  masada olan gizli topbası olan dəliyə salınır.
 
Maykl Cekson əyilməsi
Yəqin ki, bir çoxlarınız Maykd Cekson və onun rəqqasələrinin məşhur əyilmə səhnəsi ilə tanışsınız. Bu çox qeyri adi görünürdü: Çünki bədən 45 dərəcə bucaq altında  tam bədənlə həyata keçirilirdi. 
Məsələ isə ayaqqabının xüsusi formalı dabanında və səhnənin xüsusi quraşdırılmasında idi. Belə ki, ayaqqabı dabanının xüsusi quruluşu səhnədə olan mismara ilişməsinə və artistlərin bu manevri həyata keçirməsinə imkan verirdi.
 
Yeri gəlmişkən özümüzə də maraqlı olan bir neçə sirri açmaq istəyirik.
 
Mişarlanmış qadın.
Uşaq vaxtı hər birimiz qadının mişarlanması ilə əlaqədar dəhşətli səhnəni gözümüzü qırpmadan izləyirdik. Bunun sirri isə sadə imiş. Belə ki, qutuda əlavə asistent otururmuş.
 
Ziqzaq qız
Bu fokuslda hər şeyi  asistentin elastikliyindən asılıdır. 
скачать dle 12.1
Xəbər lenti