Futbolçunun trendinə məşhurlar da qoşuldu - FOTOLAR

31-08-2018, 17:06
58 803
Futbolçunun trendinə məşhurlar da qoşuldu - FOTOLAR

İngiltərənin "Totenhem" klubunun yarımmüdafiəçisi Dele Allinin "monokl"u trendə çevrilib.

İngiltərə Premyer Liqasının yeni mövsümünün birinci turunda "Nyukasl Yunayted"in qapısına qol vuran futbolçu qələbəsini özünəməxsus şəkildə qeyd edib. Alli barmaqları ilə gözündə monokl təsvir edib.

Onun bu işarəsi qısa vaxt ərzində trendə çevrilib və sosial şəbəkə istifadəçiləri futbolçunu təkrarlamağa başlayıblar. #DeleAlliChallenge həştəqi ilə məşhurlaşan trendə tanınmış simalar da qoşulub.

Qeyd edək ki, monokl eynək əvəzinə göz çuxuruna qoyulan bir göz üçün dairəvi optik şüşədir. 
Vüsalə Əlizadə (aparıcı)
Ebru Polat (müğənni)
Elif Elmas (futbolçu)
Demet Akalın (müğənni), Alişan (müğənni), Bensu Soral (aktrisa)

 

скачать dle 12.1
Xəbər lenti