Cəbhəçi müəllimə təzyiq edilir

7-10-2015, 17:17
0
Cəbhəçi müəllimə təzyiq edilir

Müəllim günündə məktəbdən onun əleyhinə polisin izahat almaq cəhdi baş tutmayıb

AXCP Sabirabad şöbəsinin fəalı, Sabirabad rayon Qasımbəyli kənd tam orta məktəbinin müəllimi Fətulla Fətullayev növbəti dəfə YAP və icra strukturlarının təzyiq və təhdidlərinə məruz qalıb.

YAP kənd təşkilatının sədri Sahib Əsgərov və onun oğlu Aqşin Əsgərov (hər ikisi onun iş yoldaşlarıdır) onunla məktəbdə dalaşmaq istəyiblər. Halbuki, Sahib Əsgərov seçki ilə əlaqədar olaraq məktəbdə yox, məntəqədə olmalıdır. Çünki Sahib Əsgərov və oğlu Amid Əsgərov məntəqə seçki komisiyasının üzvləridir. Lakin Fətulla bəy bunun bir təxribat olduğunu düşünərək onların söyüş və təhqirlərinə baxmayaraq davadan yayınıb. Sahib Əsgərov guya Fətulla bəyin onları döydüyü və Heydər Əliyev və Ilham Əliyevi söydüyü barədə polisə şikayət ərizəsi yazıb. Dünən, oktyabrın 5-də  kənd icra nümayəndəsi ilə məktəbə gələn polis əməkdaşları məktəb kollektivinin heç birindən Fətulla bəyə qarşı izahat ala bilməyiblər.

Fətulla bəy bunun səbəbini AXCP-nin IX qurultayında qonaq kimi iştirak etməsində görür.

скачать dle 12.1
Xəbər lenti