İsmayıllıda ağır qəza: Ata və bir oğlu öldü, o biri yaralandı

26-10-2015, 01:12
0
İsmayıllıda ağır qəza: Ata və bir oğlu öldü, o biri yaralandı

“Mercedes” markalı minik avtomobil yoldan çıxaraq aşıb

İsmayıllı rayonunda bir ailənin iki üzvünün ölümü, bir nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 180-ci kilometrliyində, İsmayıllının Xəlilli kəndi ərazisində qeydə alınıb.

Qazax rayonu Daşsalahlı kənd sakini Vaqif İsmayılovun idarə etdiyi 90-BV-449 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Vaqif İsmayılov və oğlu Məhəmməd İsmayılov aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.

Sürücünün digər oğlu İsmayıl İsmayılov isə ağır xəsarətlərlə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə zamanı avtomobildə baş verən yanğının söndürülməsi üçün əraziyə Ağsu və Göyçay Dövlət Yanğından Mühafizə Hissələrinin iki yanğınsöndürən maşın cəlb olunub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1
Xəbər lenti