Həbs olunduğu deyilən məmur barədə RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

30-10-2015, 18:53
0
Həbs olunduğu deyilən məmur barədə RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Bu gün mətbuatda Nərimanov rayonu Su Kanal Departamentinin rəisinin həbs edilməsi ilə bağlı məlumat yayılıb.
 
Criminal.az saytının yaydığı xəbərə görə, Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Anar Nəzərəliyev ötən gün Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcələsinin külli miqdarda dələduzluq etmə maddəsi ilə təqsirləndirilir.
 
Anar Nəzərəliyevin "Azərsu" ASC-nin prezidenti Qorxmaz Hüseynovun bacısı qızının həyat yoldaşıdır. 
 
Uzun müddət qaçıb gizlənən A.Nəzərəliyevi Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsinin əmkdaşları həbs ediblər.
 
Məsələyə münasibət bildirən Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzVision.az -a açıqlamasında bildirib ki, hazırda Nərimanov Rayonu Su Kanal Departamentinin rəisi Əhliman Mansurovdur, Anar Nəzərəliyev iki ildən çoxdur işdən çıxıb.
 
Anar Nəzərəliyevin "Azərsu" ASC-nin prezidenti Qorxmaz Hüseynovun qohumu olması məsələsinə gəlincə, qurum rəsmisi bu barədə məlumatının olmadığını deyib.
скачать dle 12.1
Xəbər lenti