"Azərsu"dan əhaliyə çirkli suyun verilməsi ilə bağlı AÇIQLAMA - VİDEO

19-11-2015, 18:41
0
"Azərsu"dan əhaliyə çirkli suyun verilməsi ilə bağlı AÇIQLAMA - VİDEO
Bakının Nərimanov rayonunun bir qrup sakini mətbuata müraciət edərək mənzillərinə verilən içməli suyun keyfiyyətindən şikayət ediblər. Onlar bildiriblər ki, Əliyar Əliyev və Ağa Nemətulla küçələri, xüsusən "Azinko" binalarında su istifadə olunmaz haldadır. Sakinlərin fikrincə, suya kanalizasiya suyu qarışıb.
 
Hətta faktla bağlı Space TV-nin aprıcısı Zamirə Dadaşova mənzilə gələn suyun hansı vəziyyətdə olduğunu göstərmək üçün facebook səhifəsində videomaterial da yerləşdirib. Jurnalist yazır: "Bu bizə verilən su. Dəhşətdir. "Azərsu"nun rəhbərinə aparıb verəcəm, övladları ilə içsinlər".
 
Məsələ ilə bağlı Milli.Az-ın sorğusunu cavablandıran "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Bakının Montin qəsəbəsində mənzillərə çirkli suyun verilməsi faktı həqiqətən də qeydə alınıb: "Amma bu, kanalizasiya suyu deyil. Bu, el arasında deyilən paslı su olub. Hazırda problemin olduğu deyilən ərazilərdə suyun verilməsi dayandırılıb. Heydər Əliyev prospektindən aşağıda, həm Ağa Nemətulla, həm də Hacıyev küçələrində araşdırma aparılması və problemi aradan qaldırmaq üçün əraziyə xüsusi qrup göndərilib. Səbəb aydınlaşan kimi problem qısa bir vaxtda aradan qaldırılacaq". 
скачать dle 12.1
Xəbər lenti