Azərbaycanda yeni dərman zavodu tikiləcək

17-12-2015, 14:16
0
Azərbaycanda yeni dərman zavodu tikiləcək
Azərbaycanda dərman istehsal edən zavodların tikilməsi ilə bağlı müzakirələr aparılır.
 
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib.
 
Onun sözlərinə görə, bu məsələ ilə bağlı hökumətdə artıq müzakirələr aparılır.
 
Belə zavodların yaradılmasını təqdirəlayiq hal hesab edən M.Quliyev qeyd edib ki, Azərbaycan bu vasitə ilə xarici ölkələrə dərman ixrac edə bilər: “Eyni zamanda, dərmana verdiyimiz pulların əvəzinə onu özümüz satmaqla da valyuta qazana bilərik. Başqa bir müsbət cəhət isə ondan ibarətdir ki, Azərbaycanda çox zəngin dərman bitkiləri ehtiyatı var. Bu bitkiləri toplamaqla, bitki mənşəli dərmanları hazırlamaqla, həm kənd yerlərində məşğulluğu təmin edə bilərik, həm də bu təbii sərvətdən faydalı istifadə etmiş olarıq”.
 
Bu cür zavodların tikintisi üçün Azərbaycanın kifayət qədər potensialının olduğunu deyən millət vəkili qeyd edib ki, sahibkarların diqqətini bu sahəyə cəlb etmək üçün dövlət bəzi güzəştlər tətbiq etməlidir: “Dövlət müəyyən güzəştlər tətbiq etməlidir ki, sahibkarın da sözügedən məsələyə marağı olsun. Birinci növbədə dərmanın xammalını gətirərkən gömrük rüsumundan azad olunmalıdır. Bu zavodlar işləyərkən isə bir neçə il onlara vergi güzəştləri tətbiq edilməlidir. Çünki bu, çox maliyyə tutumlu məsələdir".
скачать dle 12.1
Xəbər lenti