Əlillərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 10 milyon manat ayrılıb

22-12-2015, 02:30
0
Əlillərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 10 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” prezidentin 2014-cü il 20 iyun tarixli sərəncamının 1-ci hissəsinin icrası ilə əlaqədar Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 10 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
скачать dle 12.1
Xəbər lenti