Prezident gənc kadrı nazir təyin etdi - DOSYE

15-01-2016, 18:37
0
Prezident gənc kadrı nazir təyin etdi - DOSYE
Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezident İlham Əliyev Ramin Quluzadənin rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
 
Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad olunub.
 
Xatırladaq ki, bundan əvvəl Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini olmuş Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.
 
Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
 
1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.
скачать dle 12.1
Xəbər lenti