Rektorun 25 yaşlı prorektor oğlu - AÇIQLAMA

4-03-2016, 16:32
0
Rektorun 25 yaşlı prorektor oğlu - AÇIQLAMA
Bakı Avrasiya Universitetində gənc prorektor vəzifəsinə təyin edilib.
 
Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli öz oğlu Günhan Hüseynlini universitetin İnzibati idarəetmə üzrə prorektor vəzifəsinə təyin edib. 
 
 
Universitetin mətbuat xidmətinin rəhbəri Şəfayət Əliyev məsələyə münasibət bildirib:
 
“Burada qeyri-adi bir şey yoxdur. Günhan Hüseynli İnzibati işlər üzrə prorektor vəzifəsinə təyin edilib. O, İqtisad üniversitetinin Maliyyə ixtisasını bitirib. Yüksək intellekli bir gəncdir və o həmin vəzifənin öhdəsindən gəlmək iqtidarında yetişən gəncdir. Ölkəmizdə də belə bir ənənə var. Cənab prezidentimiz də gənclərə böyük üstünlük verilməsinin önəmini hər zaman prioritet vəzifələrdən biri kimi qarşıya qoyub.”
 
Qeyd edək ki, G.Hüseynli 1991-ci ildə Bakıda anadan olub. 2009-cu ildə M.Rüstəmov adına 32 saylı orta məktəbi, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bitirib.
скачать dle 12.1
Xəbər lenti