Bazarda zərərli dondurma və sərinləşdirici məhsullar var

28-05-2016, 18:07
0
Bazarda zərərli dondurma və sərinləşdirici məhsullar var

Eyyub Hüseynov: «Səhiyyə Nazirliyi sərinləşdirici məhsullardan zəhərlənmə faktlarını gizlədir»

Yay fəslinin gəlişilə sərinləşdirici şirələrə, dondurma və sulara tələbat da artır. Istilər başlayan kimi, sərin su və onu əvəz edən dondurma məhsullarının bazarı da fəallaşır. Lakin hər zaman olduğu kimi, bu məhsulların tərkibi və keyfiyyəti məsələsi narahatlıq doğurur.

Bazarda kifayət qədər sərinləşdirici məhsullar olsa da, onların keyfiyyətinə görə faydalısını tapıb almaq həmişəki kimi müşkül məsələdir. Çünki vaxtı keçmiş, tərkibi rəngləndirici və kimyəvi vasitələrlə zəngin olan bu məhsulların hamısı istehlakçıya birmənalı olaraq fərq qoyulmadan satılır. Hətta bəzən yerli istehsal məhsulları Rusiya və digər ölkələrin məhsulu kimi təqdim olunur.

Azad Istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ABŞ Inkişaf Agentliyi hələ 2011-ci ildə azərbaycanlı istehlakçıların qida təhlükəsizliyi nişanını təsis edərək qeydiyyata alıb. Təşkilat rəhbəri milli istehsalı stimullaşdırmaq və təbliğ etmək yönündə bu işin dünyada bir ilk olduğunu deyir: “Bu nişan yalnız bir dondurma şirkətinə təqdim olundu, digər dondurma şirkətlərini isə həmin nişana aid etmək mümkün olmadı. Daxili bazarda başqa xarici adlar altında dondurma satışı istisna edilmir. Istehlakçıların 40 manata qədər aldadılması üçün münbit şərait yaradılıb. Yəni istehlakçını 40 manata qədər aldatmaq cinayət məsuliyyəti hesab olunmur. Ona görə də istehlakçıların böyük sürətlə aldadılması prosesi baş verir”.

E.Hüseynov deyir ki, dondurma və sərinləşdirici içkilərin böyük əksəriyyəti tərkibinə görə zərərlidir. Lakin bu zərərə görə insanlar şikayət üçün AIB-ə deyil, Səhiyyə Nazirliyinə müraciət edirlər. Nazirlik isə sərinləşdirici vasitələrdən, məhsullardan zəhərlənmə faktlarını gizlədir: “Çünki nazirlik bütün məhsullara gigiyenik sertifikatı verir. Şübhəsiz ki, ölkədə qida təhlükəsizliyi haqda qanun yoxdur. Qanun olmayan yerdə də mütləq cinayət baş verir”.

 

скачать dle 12.1
Xəbər lenti