Azərbaycan ordusunun əsgəri şəhid olub

5-07-2016, 17:22
0
Azərbaycan ordusunun əsgəri şəhid olub

Düşmənin dövlət sərhədimizdə təxribatı nəticəsində əsgərimiz şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.
İyulun 5-də saat 12:30-da düşmən tərəfinin snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Vüsal Əmir oğlu şəhid olub.

Müdafiə Nazirliyi bildirir ki, düşmən təxribatlarının nəticələrinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

скачать dle 12.1
Xəbər lenti