İsrail Azərbaycana “İsgəndər”lərə qarşı raketdən müdafiə sistemi yola salır

4-10-2016, 18:06
0
İsrail Azərbaycana “İsgəndər”lərə qarşı raketdən müdafiə sistemi yola salır

İsrail yaxın vaxtlarda Azərbaycana “Dəmir günbəz” raketdən müdafiə sistemini verəcək.

Bu sensasion məlumatı Milli Məclisin deputatı Yevda Abramov 1.news.az saytına verib.

Deputatın sözlərinə görə, həmin silah sistemi Azərbaycana yola salınmaq üçün artıq hazırdır. “Bu raketdən müdafiə sistemi “İsgəndər” raketlərinin yerə düşməsinə imkan verməyəcək”-Yevda Abramov bildirib. Deputat Azərbaycanın İsraildən “Dəmir günbəz” raketdən müdafiə sistemini almaq barədə müqaviləni nə zaman bağladığını açıqlamayıb.

скачать dle 12.1
Xəbər lenti