Səid Dadaşbəyli və onunla həbs edilənlərin azadlığa buraxılması tələb edildi

12-01-2017, 17:12
0
Səid Dadaşbəyli və onunla həbs edilənlərin azadlığa buraxılması tələb edildi

10 il ciddi rejimli cəzaçəkmə müəssisəslərində saxlanılan Səid Dadaşbəyli və onunla birgə həbs edilmiş şəxslərin səhhətlərində ciddi problemlər yaranıb, onların bəzilərinin valideynləri, o cümlədən Səid Dadaşbəylinin anası dünyalarını dəyişib, ailələri maddi və mənəvi sıxıntılarla üz-üzə qalıblar. Azərbaycanda Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupu Azərbaycan hakimiyyətini bu iş üzrə həbs edilən şəxsləri mümkün hüquqi mexanizmləri tətbiq edərək azadlığa buraxmağa çağırır.

Bu barədə İşçi Qrupunun bəyənatında deyilir.

İşçi Qrupu tərəfindən siyasi məhbus kimi tanınan Səid Dadaşbəylinin və onunla birgə həbs edilərək uzun müddətə azadlıqdan məhrum edilən digər şəxslərin – Fərid Ağayev, Ceyhun Əliyev, Rəşad Əliyev, Mikayıl İdrisov, Cahangir Kərimov, Rasim Kərimov, Samir Qocayev, Bəybala Quliyev və Emil Möhbalıyevin 2017-ci ilin yanvarın 13-də məhkumluq həyatının 10 il tamam olacaq.

Bu şəxslər 2007-ci ilin yanvarında həbs ediliblər və dövlət çevrilişi, terorçuluq, qanunsuz silah və narkotik maddə saxlama cinayətlərində ittiham olunaraq 12-14 il müddətinə azadlıqdan məhrum ediliblər.

“İşçi Qrup həm özünün, həm də nüfuzlu beynəlxalq təşkilatların apardığı araşdırmalara və hesabatlara əsaslanaraq bu qənaətdədir ki, adları qeyd olunan şəxslər ləğv edilmiş keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən dövlət çevrilişinin qarşısının alınması kimi təqdim edilən qurama cinayət işinin qurbanlarıdır. Qeyd olunan şəxslərə elan olunan ittihamlar həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı sübuta yetirilməməyib.Məhkəmə proseslərinin təqsirləndirilən şəxslərin prosessual hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunması, onların MTN-də saxlandıqları zaman işgəncə və qeyri-insani rəftara məruz qalmaları, yaxınlarının istintaq orqanı tərəfindən hədələnməsi barədə iddialarının, o cümlədən ittiham olunanlardan Emin Məmmədovun istintaqın gedişində müəmmalı şəraitdə dünyasını dəyişməsi faktı ilə bağlı şikayətlərin obyektiv, hərtərəfli araşdırılmaması və digər çoxsaylı faktlar bu cinayət işinin siyasi motivli olması qənaətinə gəlmək üçün ciddi əsaslar verir”, sənəddə qeyd edilir.

İşçi Qrupunun fikrincə, ləğv edilmiş keçmiş MTN-nin 2015-ci ildə həbs edilmiş onlarla yüksək vəzifəli şəxslərinin işi üzrə davam edən məhkəmə prosesləri göstərir ki, bu qurum günahsız insanlara qarşı qurama ittihamların verilməsi hədəsi və ya bu cür ittihamların verilməsi ilə nəticələnən çoxsaylı əməliyyatlar keçirib.

“Əminik ki, Səid Dadaşbəyli və onunla birgə həbs edilən şəxslərin işi üzrə obyektiv araşdırma aparılacağı halda, həmin şəxslərlə bağlı MTN-in həyata keçirdiyi əməliyyatın və istintaqın da bu mənada ıstisna olmadığı aşkarlanardı. Onu da qeyd edək ki, bu işdə MTN-in neqativ rolunu həmin məhkəmə işində sədrlik edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov 2016-cı ilin noyabrında mətbuata verdiyi müsahibəsində faktiki olaraq etiraf edərək bildirib ki, bu şəxsləri MTN tutduğu və cinayət işinin istintaqını həmin qurum apardığı üçün məhkəmənin bu işə istintaqın mövqeyindən fərqli nəticəyə gəlməsi mümkün deyildi”, bəyanatda deyilir.

скачать dle 12.1
Xəbər lenti