Sakinlər Bakı – Astara yolunu bağladı VİDEO

18-01-2017, 16:01
0
Sakinlər Bakı – Astara yolunu bağladı VİDEO

Yanvarın 18-i günorta saatlarında Bakının Qaradağ rayonunda sakinlər Bakı-Astara magistral yolunu bağlayaraq uzun tıxac yaranmasına səbəb olublar.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sakinlər yerüstü keçidin tikilməsini tələb ediblər: “Üç gün öncə Səngəçal qəsəbəsi ərazisində 9 yaşlı oğlanı maşın vurub, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Bu gün isə qəsəbə sakinləri həmin hadisə ilə bağlı toplaşıblar. Onlar ərazidə yerüstü piyada keçidinin tikilməsini tələb ediblər. Sakinlərin toplaşması bir müddət yol hərəkətinə mane olub. Hazırda isə avtomobillərin hərəkəti bərpa edilib”.

K.Əliyev bildirib ki, sakinlərin tələbi ilə bağlı müvafiq qurumlar ərazidə sakinlərl müzakirə aparıblar 

скачать dle 12.1
Xəbər lenti